16 İyun 2024
Paylaş:

Mingəçevir bələdiyyəsi qurban əti payladı

Qurban bayramı İslam aləmində müqəddəs bayramlardan biridir. Bu bayramda imkanı olanlar heyvan kəsib ətini imkansızlara paylayırlar. 
Mingəçevir bələdiyyəsi də ənənəsinə sadiq qalaraq, iyunun 16-da Qurban bayramı münasibəti ilə tədbir keçirdi. Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İl ham İsmayılov çıxış edərək sakinləri təbrik etdi. Bayram duası oxunduqdan sonra qurbanlıq heyvanlar kəsildi və paylara bölündü.     Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyevin verdiyi məlumata görə, hər il olduğu kimi, bələdiyyənin qərarı ilə 550 qurban payı (hər pay 1 kq olmaqla) hazırlanıb şəhid ailələrinə, Qarabağ qazilərinə və imkansızlara paylanacaq. 
  Şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları Cəmiyyətinin şəhər şöbəsinin sədri Əlağa Bandalıyev qurban ətinin kəsilib paylanmasında əməyi olanlara minnətdarlığını bildirdi.
  Həmin gün qurban payları nəzərdə tutulmuş ailələrə çatdırıldı.
Vətəndaş müraciəti