Şəhid anasının məzarüstü abidəsi qoyuldu
Mingəçevir bələdiyyəsi daha bir sosial layihəni icra etdi. Bələdiyyə tərəfindən I Qarabağ müharibəsinin şəhidi Rövşən Bayramovun anası Abbasova Mehriban Əsgər qızının məzarüstü abidəsi hazırlanaraq dəfn olunduğu qəbiristanlıqda qoyuldu. Abidənin açılışında bələdiyyənin sədri Ramiz Əliyev və bələdiyyənin işçiləri iştirak edərək mərhumun xatirəsini yad etdilər.
Mərhumun qohumları görülən işə görə bələdiyyəyə öz minnətdarlıqlarını bildirdilər.