10 May 2024
Paylaş:

Mingəçevirdə Ümumilli Lider H.Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbirlər keçirildi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə şəhərdə silsilə tədbirlər keçirildi. Əvvəl H.Əliyevin abidələri ziyarət olundu, abidə önünə gül dəstələri qoyuldu.
Sonra şəhər stadionunda uşaq və gənclərin əl işlərindən ibarət rəsmlərə baxış oldu. Tədbir idman yarışları ilə davam etdi və yarış qalibləri mükafatlandırıldı.
Tədbir silsiləsinə Yeni Azərbaycan Partiyası və Mingəçevir bələdiyyəsinin birgə keçirdiyi ağacəkmə kampaniyası ilə yekun vuruldu. Samux küçəsində və Az.İES ətrafında müxtəlif növ ağaclar əkildi.
Vətəndaş müraciəti