Qarabağ uğrunda döyüşlərdə 1992-ci ildə şəhid olmuş, Sağ Sahil
(“Əli”) qəbiristanlığında dəfn edilmiş şəhidlər Eldəniz Əlimuxtarov və
Yadigar Mansurovun məzarüstü abidələri təmir edildi.Şəhər İcra
Hakimiyyətinin başçısı İlham İsmayılovun təklifi ilə şəhər bələdiyyəsi
tərəfindən məzar daşları cilalandı, şəhidlərin şəkilləri yenidən işləndi
və baş daşlarına vuruldu.Abidələrin ətrafı səliqə-sahmana salındı.
Bələdiyyənin sədri və işçiləri, şəhidin yaxınları məzarüstü abidəni
ziyarət etdilər.Şəhidlərin ruhuna dualar oxundu.Şəhid Eldəniz
Əlimuxtarovun anası Minayə xanım işin təşkilatçılarına minnətdarlığını
bildirdi.