03 Aprel 2024
Paylaş:

Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Polşaya səfər etdi


11-15 mart tarixlərində Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Humay Baxışova "European Goes Local" lahiyəsi çərçivəsində yerli və Avropa səviyyəli bələdiyyələr arasında körpü qurmaq eyni zamanda bələdiyyə və yerli gənclər təşkilatları ilə əməkdaşlıq, təcrübələrin öyrənilməsi, tərəflər arasında Dialoqun güclənməsi məqsədi ilə Polşaya səfər etdi. Səfər çərçivəsində Humay Baxışova Polşanın Starakoviç, Lublin, Varşava, Nova Prag şəhərlərindəki bələdiyyə və Gənclər təşkilatlarının işi ilə tanış olub. 
 Lublin şəhərində "Hej" Gənclər təşkilatı üzvləri ilə görüş keçirildi. Görüş zamanı hər iki ölkənin təcrübələri və həyata keçirdiyi lahiyələr müzakirə edildi. Starakoviç bələdiyyə meri ilə görüş əsnasında bələdiyyənin gənclərlə birgə həyata keçirdiyi fəaliyyətlərlə tanış oldu.

Vətəndaş müraciəti