Mingəçevir bələdiyyəsinin kollektivi yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirdi.
Tədbirdə bələdiyyənin sədri R.Əliyev, bələdiyyə üzvləri Ə.Əliyev, N.Nəbiyev, F.Həsənov və başqaları çıxış edərək işçiləri təbrik etdilər və yeni il arzularını bildirdilər.
“Şirin stol” ətrafında keçən şənlik musiqi sədaları ilə müşaiyət olundu. Bələdiyyə qulluqçuları rəqs etdilər, bir-birlərinə xoş arzularını dedilər.