Şəhidlərin uşaqları üçün Yeni il şənliyi
Hər il olduğu kimi bu il də Mingəçevir Bələdiyyəsi şəhidlərin uşaqlarını sevindirdi. Yeni il münasibəti ilə bələdiyyədə onlar üçün şənlik təşkil edildi. Bələdiyyənin sədri Ramiz Əliyev tədbirə gələnləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik etdi.
Bələdiyyənin inzibati binasında bəzədilmiş Şam ağacının ətrafında uşaqlar oynadılar, şeirlər dedilər. Yeni ilin rəmzi olan Şaxta baba uşaqlara bələdiyyənin hazırladığı hədiyyələri payladı.
Uşaqların valideynləri tədbir üçün bələdiyyəyə minnətdarlıqlarını bildirdilər.