11 Dekabr 2023
Paylaş:

Genderlə bağlı növbəti təlim

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının üzvləri üçün növbəti təlim keçirilir.
“Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu istiqamətdə mütəmadi olaraq həyata keçirilən maarifləndirici təlimlərin əhəmiyyətindən bəhs edib.
Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini bildirən sədr müavini əlavə edib ki,  bu komissiyalar risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə bilər.
Daha sonra təlimçi-gender mütəxəssisi Şəhla İsmayıl təqdimatla çıxış edərək gender bərabərliyi konsepsiyası və çərçivəsi, gender lüğəti və əsas anlayışların izahı, gender bərabərsizliyinin səbəbləri və nəticələrindən danışıb.
Sonra ailədə gender rolları ilə bağlı video çarx nümayiş etdirilib.
Təlimdə Mingəçevir Bələdiyyəsini "Gender bərabərliyi" komissiyasının üzvü Gültəkin Nəzərova təmsil etdi.
Vətəndaş müraciəti