Təbii qazdan istifadə edən əhalinin nəzərinə
NƏZƏRİNƏ
Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və
elektrik şəbəkəsindən istifadə etməyin. İşığı yandırmaq və söndürmək olmaz. Hər iki
halda qığılcım əmələ gəlir.
Qaz cihazlarından istifadə
etməzdən əvvəl mütləq otağın
havasını dəyişin, yalnız qaz iyinin
olmadığına əmin olduqdan sonra
cihazı yandırın.
Qaz cihazlarından istifadə
etməzdən əvvəl mütləq otağın
havasını dəyişin, yalnız qaz iyinin
olmadığına əmin olduqdan sonra
cihazı yandırın.
Qaz cihazlarından istifadə
edərkən əvvəl kibriti və ya digər
alışqanı yandırın sonra qaz
kranını açın.
Qaz cihazlarını nəzarətsiz
qoymayın. Kiçik yaşlı uşaqların,
ruhi xəstələrin, qazdan istifadə
etməyi bacarmayan şəxslərin qaz
cihazlarından istifadə etməsinə imkan verməyin.
Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını
şəbəkəyə qoşmayın və işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin,
mənzilin havasını dəyişdirib 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.
Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında
yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.
Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş
kranını (ventili) bağlayın, 101-112 №-li telefonla FHN-nin yanğından mühafizə
xidmətinə, 104 №-li telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.
Mənzildə olan tüstü bacalarının ildə bir dəfə qış mövsümündən əvvəl
təmizlənməsini təmin edin.
QADAĞANDIR:
Qaz cihazları üzərində paltar və ya diğər alışa
bilən əşyaların qurudulması.
Qaz cihazları olan otaqlarda tez alışan mal və
materialların yerləşdirilməsi və saxlanması. Məsələn
kimyəvi tərkibli təmizləyici vasitələr.
Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və
ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt
hadisələrdən qorumuş olarsınız !
Mətbəx otağına olan tələblər
Qaz sobası olan mətbəxdə nəfəslik daimi açıq olmalı və mətbəxin havasını
dəyişən ventilyasiya sistemi işlək vəziyyətdə olmalıdır.
Mətbəxin hündürlüyü 2,2 m-dən az olmamalıdır.
Mətbəxin həcmi 4 gözlü qaz pilitəsi üçün 15 m3-dən, 3 gözlü üçün 12
və 2 gözlü üçün isə 8 m3-dən az
olmamalıdır. Mətbəxdə istifadə olunan
cihazda təbii qaz mavi rəngdə yanırsa
qaz-hava qarışığı normal, əgər sarı
alovla yanarsa hava çatışmır deməkdir.
Qaz cihazları üzərində paltar və
ya diğər alışa bilən əşyaların
qurudulması yanğına səbəb ola bilər.
Qaz boruları görsənən yerlərlə
çəkilməli, lanbirin və ya digər vasitələrin altı ilə çəkilməməlidir. Bu zaman qaz sızması
olarsa ona müdaxilə etmək mümkün olmayacaq.
Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki işlək kranı
bağlayın.
Qazdan istifadə zamanı: qaz cihazlarının odluqlarında qazın normal
yanmasına xüsusi fikir verilməlidir. Qaz qısa hündürlükdə, sakit, səssiz, alovu eyni
hündürlükdə olmaqla yanmalı, alovun dilləri parlaq mavi rəngdə, yuxarı hissəsi isə açıq
bənövşəyi rəngdə olmalıdır.
Vanna otağına olan tələblər
Qazla işləyən su qızdırıcısı quraşdırılan vanna otağının hündürlüyü ən azı 2,2m, həcmi isə 7,5m3dən az olmamalıdır. Bu vanna otağında havanın daima bol olması
üçündür.
Qazla işləyən su qızdırıcısı dövlət standartlarına uyğun olmalıdır.
Vanna otağının qapısı xaricə açılmalıdır.
Qapının aşağısında təmiz havanın daxil olması üçün dəliklərvə ya açıq yer olmalıdır.
Vanna otağındaventilyasiya sistemi olmalı və həmin sistem havanın dəyişilməsini təmin etməlidir.
Qazla işləyən su qızdırıcısının standarta uyğun tüstü ötürücüsü olmalıdır və tüstü bacasına kip birləşməlidir.
Tüstü bacasına birləşmə hissəsi metal materialdan olmalıdır.
Vanna otağında dəm qazını aşkar edən detektor quraşdırılmalıdır.
İstifadəçilər tərəfindən cihazlara daima baxış keçirilməlidir. Əğər üzərində və yan tərəflərində qaralma, yanma izləri varsa həmin cihazın istifadəsi dərhal dayandırılmalı və yenisi ilə əvəz edilməlidir.
Dəm qazı necə yaranır və biz ondan necə qorunmalıyıq?
Dəm qazı nədir və necə yaranır?
Dəm qazı, karbon oksidi (CO) – yanacağın tam yanmamasından əmələ gəlir.
Dəm qazı – insan üçün çox
təhlükəlidir, belə ki, hemoqlobinlə
möhkəm birləşmə yaradaraq
ondan oksigeni çıxarır, bununla
da hemoqlobinin qan sistemində
hərəkətinə mane olur. CO havada
0,08%dən artıq olduqda insan üçün
ölümcül sayılır.
Dəm qazı – rəngsiz, iysiz qazdır.
Əlamətləri:
1. Baş ağrıları
2. Ürək bulanma
3. Baş gicəllənmə
4. Qulaqlarda səs-küy
5. Ürək döyünmə.
Tədricən əzələ boşalması, qusma, huşun dumanlanması və təngənəfəslik baş verir.
Dəm qazı ilə böyük dozalarda nəfəs alma vaxtı tənəffüs səthi olur, qıcolmalar baş verir,
ölüm tənəffüs sistemi mərkəzinin iflicindən yaranır.
Bilməlisiz!
1m3 təbii qazın yanması üçün 2m3 oksigen və ya 10m3 hava tələb olunur.
Vanna otağına daima təmiz hava daxil olmalıdır ki, oradakı oksigen yanaraq bitməsin
və dəm qazı yaranmasın.
Yanma prosesində hava çatışmadıqda qazın natamam yanması baş verir və
nəticədə kəskin zəhərləyici xassəyə malik dəm qazı əmələ gəlir.
Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan
otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sovurucu borularının yaxşı
işləməsinə nəzarət etmək lazımdır.
Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır.
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru
öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır.
Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin
ödemi, ürəyin zədələnməsi baş verir.
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım!
Zəhərlənmə zamanı həyəcanlanmadan ilkin tədbirlər görmək lazımdır. İlk
olaraq, zərərçəkəni dərhal açıq havaya çıxartmaq, əynindəki paltarın yaxasını, kəmərini
və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağciyər ödeminin qarşısını almaq üçün)
lazımdır.
Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər
zərərçəkən nəfəs almırsa və ürəyi dayanmışsa, ürəyin xarici masajı və süni tənəffüs
verilməyə başlanılmalıdır.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu
özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır.
İlkin olaraq, şirin çaya limon qatıb vermək olar.
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi, dərhal təcili
yardım çağırmaq lazımdır.
Lazım deyil
1. Zərərçəkəni arxası üstə uzanmış halda qoymaq
2. Su vermək
3. Başının altına nə isə qoymaq
Tüstü bacalarına (kanallarına) olan tələblər hansılardır ?
Tüstü bacalarının layihələndirilməsi və quraşdırılması tətbiq edildiyi tikinti
obyektinin təyinatından asılı olaraq AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə
normaları” və AzDTN 2.12-1 “Qazanxana qurğuları” tikinti normalarının və sanitar
normaların tələblərinə cavab verməlidir.
tüstü bacası yanmayan odadavamlı materialdan hazırlanmalıdır;
tüstü bacasının daxili diametri 125 mm-dən az olmamalıdır;
Tüstü bacaları qaz qurğularında yaranan yanma məhsullarının kənarlaşdırılmasını təmin etməli və başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır.
İstehlakçılar tüstü bacalarının normal işləməsini diqqətdə saxlamalı, qaz
qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma
məhsullarının tüstü bacalarına ötürülməsi ilə sorulmanı yoxlamalıdırlar.
Tüstü bacaları kip olmalıdır.
Tüstü bacalarının təmizlənməsi üçün ciblərin vəziyyəti, başlıqlar və kəsiklər
yanğından mühafizə tələblərinə cavab verməlidir.
Istehlakçılara aşağıdakılar qadağandır:
tüstü bacalarının quruluşunu dəyişdirmək, tüstü bacalarının təmizlənməsi üçün
nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;
tüstü bacalarında özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;
tüstü bacalarında sorulma baş vermədikdə həmin otaqlarda qaz qurğularından
istifadə etmək;
paltarların qurudulması üçün baca elementlərindən istifadə etmək, tüstü
bacalarını qaz (fakel) yandırmaqla təmizləmək;
Tüstü bacaların yaxınlığında yanan materiallardan hazırlanmış, həmçinin
yüksək temperaturdan (mebel, divar kağızı, taxta panellər və s.) zədələnə biləcək
əşyaların yerləşdirilməsi.
Tüstü bacaları (boruları) aşağıda göstərilən yerlərdə çıxarılmalıdır:
damın yalından 1,5 metrdən artıq olmayan məsafədə horizontal üzrə
yerləşdikdə-damın yalından 0,5 metr hündürlüyə;
damın yalından 1,5 metrdən 3 metrə qədər yerləşdikdə-damın yalı
səviyyəsində;
damın yalından 3 metrdən artıq məsafədə yerləşdikdə-damın yalından çəkilən
horizontal xəttə 10 dərəcə bucaq altında çəkilmiş xəttdən aşağı olmamalıdır;
bütün hallarda tüstü bacasının hündürlüyü binanın üst örtüyündən ən azı 0,5
metr hündür olmalıdır;
tüstü bacası olan binaya bitişik hündür bina varsa, tüstü bacasının hündürlüyü
həmin binanın ən yüksək nöqtəsindən 45 dərəcə bucaq xəttindən aşağı olmamalıdır;
tüstü bacasının yuxarı hissəsi atmosfer çöküntülərindən qorunmalıdır.
hər il isitmə mövsümünün başlanmasından əvvəl (iyul ayının 1-dək) bina və
fərdi yaşayış evlərinin sahibləri sobaları və onların tüstü bacalarını təmizlətdirməli,
lazım olduqda isə təmir etdirməlidirlər. Sobaların təmizlənməsi və onların təmiri həmin
işlərin aparılmasına xüsusi icazəsi (lisenziyası) olan təşkilat tərəfindən aparıla bilər.
Təbii qazdan istifadə ilə əlaqədar qüvvədə olan normativ-hüquqi aktlar
1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli
Qanunu
2. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD
nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
28 sentyabr tarixli 773 nömrəli
Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 08 aprel tarixli
Fərmanı
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları ilə
2023-cü ildə təsdiq olunmuş qayda və
tələblər:
3.1. “Qazdan istifadə qaydaları”
3.2. “Qaz paylayıcısı tərəfindən
qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və
havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”
3.3. “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan
istifadə Qaydası”
3.4. “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə
saxlanmasına dair tələblər”
3.5. “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin
keçirilməsi Qaydası”
3.6. “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”.
Qaz paylayıcısı tərəfindən istehlakçıların qaz qurğularında, qaz xətlərində və
tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin
keçirilməsi
“Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında,
habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli
qərarı
Müayinə - istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının,
habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki
təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən
nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qaz paylayıcısı tərəfindən
ödənişsiz keçirilir.
Qaz paylayıcısının və Istehlakçıların hüquq və vəzifələri
Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt
göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron
kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) ildə bir dəfə (hər il
noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
Qaz paylayıcısının işçiləri istehlakçıların mülkiyyətində və ya istifadəsində olan
tikinti obyektlərinə daxil olarkən, qaz paylayıcısı tərəfindən ona verilmiş xidməti
vəsiqəni mütləq istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni
ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.
Qaz paylayıcısının işçisi müayinənin nəticələrini istehlakçının (və ya onun
səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin)
iştirakı ilə 2 (iki) nüsxədən ibarət olan aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini
istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan
yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.
İstehlakçı qaz paylayıcısının işçilərini onun mülkiyyətində və ya istifadəsində olan
tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə
törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, qaz paylayıcısı bu barədə
müvafiq aktda qeyd aparmaqla qazın verilməsini dayandıra bilər.
İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə
havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə,
istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş
günündən gec olmayaraq aparılmalıdır. Təkrar müayinə qaz paylayıcısı tərəfindən
ödənişsiz keçirilir. İstehlakçı təkrar müayinə üçün il (ardıcıl on iki ay) müddətində 1
(bir) dəfədən çox müraciət etdikdə, növbəti müayinə ödənişli keçirilir. Ödənişin
məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir.
Müayinə zamanı qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı
qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini
dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə
qaz paylayıcısı bu barədə müayinənin nəticəsinə dair aktda pozuntunun mahiyyəti,
görülmüş tədbirin qısa təsviri haqqında məlumatları qeyd edir. Qaz paylayıcısına
vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə
tənzimlənir
İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilə
bilinmədikdə istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qaz
paylayıcısına şifahi (104 çağrı mərkəzinə zəng etməklə) və ya yazılı formada müraciət
edərək, 5 (beş) iş günündən gec olmayaraq müayinə tarixini razılaşdırmalıdır.
İstehlakçı tərəfindən qaz paylayıcısının işçilərinə müayinə keçirilməsi üçün onun
mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinənin keçirilməsinə şərait
yaradılmaması səbəbindən müayinənin keçirilmədiyi hallarda qazın verilməsi
dayandırılır və istehlakçı qaz paylayıcısına şifahi (104 çağrı mərkəzinə zəng etməklə) və
ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinənin
keçirilməsi təmin edilir.
İstehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd
olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün tədbir görmədikdə
qazın verilməsi dayandırır.
Azəriqaz İB rəsmi saytı: https://www.azeriqaz.az
Azəriqaz İB qaynar xətti: 104/185
FHN-nin yanğından mühafizə xidməti: 101-112