Zəfər bayramı qeyd edildi
Mingəçevir bələdiyyəsində Zəfər bayramı münasibəti ilə tədbir keçirildi. Bələdiyyə sədri Ramiz Əliyev tədbir iştirakçılarını təbrik etdi, Zəfərə aparan yoldan danışdı. Sonra Qarabağ müharibəsində iştirak edən bələdiyyə qulluqçuları Tağıyev Həsən, Qasımov Sübhan, Cəfərov Elcan və Abdurəhmanov Eldara bələdiyyə tərəfindən pul mükafatları verildi. Vətən müharibəsində qazanılmış Zəfər gününün şərəfinə tort kəsildi.
Çay süfrəsi ətrafında Zəfər bayramı ilə bağlı maraqlı söhbətlər aparıldı.