03 Noyabr 2023
Paylaş:

Şəhər gününə bələdiyyədən töhfə


Noyabrın 11-də Mingəçevir şəhərinin 75 yaşı tamam olur. Şəhər rəhbərliyi və sakinləri şəhər gününə hazırlaşırlar. Bu münasibətlə şəhərin park və xiyabanlarında iməcliklər, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir.
Mingəçevir Bələdiyyəsi də şəhərimizin yubileyi ilə əlaqədar olaraq tədbirlər planı hazırlayıb. Şəhər gününə həsr olunmuş yekun tədbirin keçirilməsi nəzərdə tutulan Sahil parkında bələdiyyə abadlaşdırma işləri aparıb. Parkın ərazisində sıradan çıxmış aqlay daşları, plitələr və bordürlər yenisi ilə əvəz edilib, müxtəlif dizaynla 1000 ədəd rəngbərəng güllər əkilib, təmizlik işləri görülüb.
    Eyni zamanda, şəhərin Təbriz küçəsindəki  21 və 23 saylı binaların arxasındakı ərazidə bələdiyyə tərəfindən park salınıb. Parka mikrodaş tavalar (plitələr), yan daşlar (bordürlər) döşənib, 11 ədəd oturacaq, 2 ədəd söhbətgah qoyulub, dekorativ ağac əkilib, ətrafda səliqə-sahman yaradılıb.
    Şəhər günü ərəfəsində park sakinlərin istifadəsinə verilib.

Vətəndaş müraciəti