Sənədlər



Mingəçevir Bələdiyyəsinin 2021-ci il üzrə  illik

HESABATI


MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2021-Cİ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABATI

2021-ci ildə Mingəçevir Bələdiyyəsi25 iclas keçirib. İclas gündəliyinə 219 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib.

İclaslarda müzakirə olunmuş məsələlərdən 101-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 11-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 10-u maddi yardımlarla, 97-i təşkilati və digər məsələlərlə bağlı olub.

Bunlardan başqa, bələdiyyə üzvləri iclaslarda bir sıra cari məsələləri müzakirə edib, rəy və təkliflərini bildiriblər.

VƏTƏNDAŞLARIN QƏBULU VƏ MÜRACİƏTLƏR

Həmişə olduğu kimi, hesabat ilində də bələdiyyə vətəndaşların qəbullarını təşkil edib, onların yazılı və şifahi müraciətlərinə həssaslıqla yanaşıb.

2021-ci ildə bələdiyyəyə 1846 ədəd ərizə və məktub daxil olub. Onlardan 28-i maddi yardımla, 357-i sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, 212-i fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 6-ı tikinti və təmir işləri ilə, 1243-ü arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

Maddi yardımla bağlı müraciət edənlərdən 12 nəfərə pul və material yardımları edilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 53 nəfərinə mövsümi ticarət, ictimai iaşə xidməti ilə məşğul olmağa icarə verilib, 4 nəfərin icarəsinə, 2 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Bələdiyyənin qərarları ilə 26 nəfərin zəbt edib ev tikdiyi torpaq sahələri onların mülkiyyətinə verilib. Onlardan 3 nəfəri şəhid ailəsi, 1 nəfəri Qarabağ müharibəsi əlilidir.

1243 nəfərə müxtəlif dövlət orqanlarına verilməsi üçün arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar verilib.

Hesabat ilində qurumuş ağacların kəsimi və budanması ilə əlaqədar 290 ərizə daxil olub. Onlardan 252-i budanma, 38-i isə kəsimlə bağlıdır. Müraciətlərin icrası ilə əlaqədar bələdiyyə müvafiq olaraq, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məktubla müraciət edib və həmin idarədən budanma ilə bağlı 222 müsbət rəy alınıb. Köküstə qurumuş ağacların kəsimi ilə əlaqədar müraciətlərə müsbət rəyin verilməsi nəticəsində 91 ədəd qurumuş ağacın kəsilməsi ilə bağlı bələdiyyə müvafiq qərarlar qəbul edib. Rəylər icra olunması üçün  aidiyyatı üzrə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə ünvanlanıb.

2021-ci ildə bələdiyyəyə rəsmi orqanlardan 1122 ədəd sənəd və məktub daxil olub. Onlardan 105-i Nazirliklərdən, 181-i yerli İcra Hakimiyyətindən, 836-ı isə müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara tələb olunan müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə paylanılıb.

Hesabat dövründə bələdiyyə sədri tərəfindən 212 nəfər fərdi şəkildə qəbul edilib. Rəsmi qəbuldan əlavə gələnlər isə daha çoxdur.

Bələdiyyədə il ərzində 2286 nəfər hərbi qulluqçunun məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.

 

BƏLƏDİYYƏ BÜDCƏSİ

GƏLİRLƏR

2021-ci ildə bələdiyyə büdcəsinin gəliri 386083.41 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.

 

XƏRCLƏR

Hesabat dövründə bələdiyyənin xərcləri 317261.57 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.

GÖRÜLMÜŞ İŞLƏR

ABADLAŞDIRMA XİDMƏTLƏRİ

 

2021-ci ildə bələdiyyə tərəfindən bir sıra tikinti-abadlıq işləri aparılıb.

“Bələdiyyə parkı”nın ərazisinə uşaqların əylənməsi üçün 7 dəst müxtəlif heyvan heykəlləri alınaraq yerləşdirilib. Həmin parkın ərazisi müxtəlif rəngli və ölçülü projektor və digər ekzotikişıqlarla işıqlandırılıb. 

S.Vurğun parkında sıradan çıxmış işıq dirəkləri təmir olunub, yeni elektrik naqilləri çəkilib. Bu işlər üçün bələdiyyə büdcəsindən 4835 manat vəsait xərclənib.

Bələdiyyənin təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə müasir dizaynla bulaq kompleksi tikilib, istifadəyə verilib. Kompleksin ətrafına tamet örtük döşənib, işıqlandırma sistemi quraşdırılıb, bulaq qara və ağ mərmərlə üzlənib, oturacaqlar qoyulub, ağac və gül kolları əkilib. Bulağın tikintisinə bələdiyyə tərəfindən 5000 manat vəsait ayrılıb.

“Günəşli” qəsəbəsində şəhidlər Musa və Tural Həsənov qardaşlarının xatirələrinə bulaq tikintisinə və ətrafının abadlaşdırılmasına, ümumiyyətlə şəhid bulaqlarının yanına qoyulması üçün 20 ədəd oturacağın düzəldilməsinə 3730 manat vəsait xərclənib. Bunlardan başqa dəyəri 3200 manat olmaqla oturacaqlar, dəyəri 328 manat olmaqla 41 kisə sement və dəyəri 202 manat olmaqla 404 ədəd kərpic müxtəlif ünvanlarda tikilmiş şəhid bulaqlarında istifadə olunub.

Şəhid Şaiq Mustafayevin xatirəsində N.Rəfibəyli küçəsində tikilmiş bulaq kompleksinin ətrafındakı söhbətgah əsaslı təmir edilib, oraya 2 ədəd oturacaq qoyulub.

“Günəşli” qəsəbəsində şəhid bulağının kənarlarının hasarlanması üçün  dəmir torun alınmasına 68 manat vəsait sərf olunub.

Bələdiyyə hər il olduğu kimi 2021-ci ildə də “Abad məhəllə” layihəsinin icrasını davam etdirib. N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin əhatəsində yerləşən 4 mindən çox sakinin yaşadığı 135-ci məhəllədə hündürmərtəbəli binaların qarşısına 16 ədəd müasir tərtibatlı söhbətgah, 50 ədəd söykənəcəkli oturacaq qoyulub. Həmin  məhəllədə uşaq əyləncə və idman mərkəzinin yaradılması da nəzərdə tutulub.

Şəhərin “Ahıllar bağı” adlanan əraziyə 20 ədəd yeni dizaynda oturacaq alınaraq yerləşdirilib. 

Bu işlər üçün bələdiyyəyə dövlət büdcəsindən ayrılmış dotasiyadan 32.700 manat vəsait sərf olunub.

Bələdiyyənin inzibati binasının dəhliz və otaqlarında yanğından mühafizə sisteminin, siqnalizasiyanın quraşdırılmasına 910 manat xərclənib.

Sakinlərin müraciətləri nəzərə alınaraq, şəhərin Kənar və Bozdağ küçələrinin ara yollarına 1000m3 çınqıl döşənib. Bunun üçün “Kamil” MMC qum-çınqıl müəssisəsinin mədən vergisi borcundan 4000 manat silinib.

 

MADDİ YARDIMLAR

2021-ci ildə bələdiyyə tərəfindən imtiyazlı və imkansız şəxslərə müxtəlif növ yardımlar edilib.

Qurban bayramı ərəfəsində ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailələrinə və müharibə əlillərinə 372 kq Qurban əti verilib. Bu məqsədlə bələdiyyə büdcəsindən 3534 manat vəsait ayrılıb.

1-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğlunu bələdiyyə himayəyə götürməklə bağlı qərar verib. Ona hər ay 200 manat yardım ödənilir. İl ərzində Qarabağ əlilinə 1200 manat yardım edilib.

Bunlardan əlavə, 1-ci qrup gözdən əlil Məmmədova Rəfiqə Sirac qızına 100 manat, 2-ci qrup Qarabağ müharibəsiəliliYusifov Bəhlul İsa oğluna100 manat, 2-ci qrup əlil, imkansız Əliyev Təhməz Səfər oğluna 100 manat, təqaüdçü, imkansız Rüstəmova Durna Rəhim qızına 100 manat, şəhid ailəsi Əliyev Zəfər Nəcəf oğluna yas mərasiminin keçirilməsi üçün 200 manat, 1-ci qrup əlil Məmmədov Yaşar Rəhim oğluna 100 manat yardım göstərilib.

Mingəçeviri Region liqasında təmsil edən “Energetik” futbol klubuna maliyyə dəstəyi üçün klubun prezidenti Həmidov Ruslan Vaqif oğluna 300 manat pul yardım olunub.

Vətən müharibəsində şəhid olmuş “əfqanların” xatirəsinə foto stend düzəldilməsi üçün  Əfqanıstan Veteranları İttifaqının Mingəçevir şəhər şöbəsinin sədri İbrahimov Elşən Müzəffər oğluna 40 manat yardım edilib.

 

MÜLKİ DÖVRİYYƏYƏ CƏLB OLUNAN TORPAQ SAHƏLƏRİ

 

2021-ci ildə bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətindən fərdi yaşayış evinin tikintisi üçün 1,0117 ha torpaq sahəsi mülkiyyətə verilib. Sahibkarlıq fəaliyyəti üçün 0,274 ha torpaq sahəsi mülkiyyətə , 0,0440 ha torpaq sahəsi icarəyə ayrılıb.




Faydalı keçidlər

Vətəndaş müraciəti