Məhəllədəki mini-park bələdiyyə tərəfindən yenidən qurulacaq.
Mingəçevir bələdiyəsinin sədri və işçiləri şəhərin 20 Yanvar küçəsindəki 18, 20, 22 saylı binaların sakinlərinin müraciətləri əsasında həmin məhəllədə illər əvvəl tikilmiş mini-parka baxış keçirdilər. Baxış zamanı müəyyən olundu ki, parkda sıradan çıxmış idman qurğlarının, oturacaqların, tametlərin təmirinə ehtiyac var, ərazi səliqə-sahmana salınmalıdır. İşin həcmi dəqiqləşdirildi. Bələdiyə sədri Anar İsmayılov sakinlərə bildirdi ki, yaxın günlərdə təmir-abadlıq işlərinə başlanacaqdır.
Sakinlər adından Vurğun Əhmədov müraciətlərinə operativ reaksiya verildiyi üçün təşəkkürünü bildirdi.
Görüşdə sakinlərin diqqətinə çatdırıldı ki, məhəllə komitələrinin yaradılması, əmlak vergisinin toplanması bələdiyə ilə sakinlərin birgə layihələrinin gerçəkləşməsinə təkan verər.