Mingəçevir Bələdiyyəsi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı
					Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkinin təşkili üçün yaradılmış seçki komissiyasının 23 avqust 2022-ci il tarixli, 01 saylı     
                                                                                                    
                                              P r o t o k o l u
 
                                                   
                                     Müzakirə olunan məsələ:       
 
Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən irəli sürülmüş namizədlərin qeydə alınması .
İctimai Şuraya seçkilərin gününün təyin edilməsi.
  
                                Ç ı x  ı ş l a r
 
 
- Komissiyanın sədri Əli Əliyev bildirdi ki, İctimai Şuraya namizədlərin verilməsi üçün 23 iş günü müəyyənləşdirilmişdir və bu dövr ərzində Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən 13 namizəd verilmişdir.
 - Komissiyanın üzvü Rizvan Mikayıllı bildirdi ki, namizədlərin sənədlərinə komissiya üzvləri baxmış və sənədlərin tələblərə uyğunluğu yoxlanılmışdır.
 - Komissiya üzvü Zahid Qasımlı təklif etdi ki, bütün namizədlər komissiya tərəfindən qeydə alınsın. 
 - Komissiya üzvü Aslan Əhmədov təklif etdi ki, seçkinin 27 avqust 2022-ci il tarixdə keçirilməsi namizədlərə bildirilsin.
 
 
                                          Q ə r a r 
 
- Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya Vətəndaş Cəmiyyəti İnstitutu tərəfindən namizədlikləri irəli sürülmüş aşağıdakı şəxslərin namizədlikləri təsdiq edilsin və həmin şəxslərin  adları əlifba sırası ilə seçki bülleteninə salınsın:
 - Cəfərov Oktay İsa oğlu — «Qarabağ Əlillərinə Qayğı» İctimai Birliyinin Mingəçevir filialının sədri
 - Həsənli İxtiyar Abbas oğlu — «Azərbaycan Bələdiyyəsi» ictimai-siyasi onlayn qazetinin xüsusi müxbiri
 - Həsənov Natiq Nəriman oğlu — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini
 - Xəlilov Ağahüseyn Mirzəhüseyn oğlu — «Türk binası» məhəllə komitəsinin sədri
 - İlyasova Dilşad İlyas qızı — Azərbqaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Mingəçevir şəhər filialının idarə heyətinin üzvü
 - Kərimov Əliqismət Ələkbər oğli — «İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi» İctimai Birliyinin sədri
 - Kərimov Süleyman Salman oğlu — «Puşkin-7» məhəllə komitəsinin üzvü
 - Məlikov Mehman Turac oğlu — «Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyinin Mingəçevir şəhəri üzrə sədri
 - Nəbiyev Vüsal Şahin oğlu — Azərbaycan Qarabağ Qaziləri İctimai Birliyinin Mingəçevir şəhər filialının üzvü
 - Nəsibov Aydın Qoca oğlu — Qızıl Aypara Cəmiyyəti    Mingəçevir Regional Mərkəzinin koordinatoru
 - Səfərov Sübhan Ədil oğlu — Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin idarə heyətinin üzvü
 - Soltanov Xəlil Məmməd oğlu — Azərbaycan Qarabağ Müharibəsi Əliləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər fililalının üzvü
 - Şirinli İnqilab Xosrov oğlu — «Kanal-32» Media Şəbəkəsinin baş direktoru
 - İctimai Şuraya seckilər 27 avqust 2022-ci il tarixində keçirilsin.
 
 
 
 
                 Komissiyanın sədri:                                      Əli Əliyev
 
 
                 Komissiyanın üzvləri:                                  Zahid Qasımlı
                                                                                        
                                                                                    Sahib Hüseynov      
 
                                                                                 Lətafət Süleymanova
 
                                                                                    Rizvan Mikayıllı 
 
                                                                                    İranə Həsənova 
 
                                                                                    Əliağa Bəndəliyev
                                                                                   
                                                                                    Aslan Əhmədov
 
                                                                                    Esmira Hidayətova