E L A N
Mingəçevir bələdiyyəsinin (bundan sonra bələdiyyə) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün bələdiyyə yanında fəaliyyət göstərən ictimai şuranın tərkibinin formalaşdırılması üçün şuranın üzvlüyünə seçkilərin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır. Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, bələdiyyə yanında ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 22 iyul 2022-ci il tarixdən 23 iş günü müddətinə bələdiyyənin seçki komissiyasına müraciət edə bilər. Müraciətə (əlaqə vasitələri, e-mail və digər zəruri məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir: