Mingəçevir Bələdiyyəsi tərəfindən keçmiş "Tərəvəzçilik sovxozu"nun ərazisində keçiriləcək hərracla bağlı
Əhalinin Nəzərinə!
Mingəçevir Bələdiyyəsi tərəfindən keçmiş "Tərəvəzçilik sovxozu"nun ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,66 ha, 2,10 ha və 4,32 ha torpaq sahələri açıq hərraca çıxarılır.
Hərrac 26 sentyabr 2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində keçiriləcək.
Hərracda iştirak etmək istəyənlər 15 gün ərzində Mingəçevir Bələdiyyəsinə müraciət edə bilərlər.