Sənədlər



MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2022-Cİ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ

                                                         

 

 

 

 

 

HESABATI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mingəçevir Bələdiyyəsinin 2022-ci ildəki fəaliyyəti barədə

HESABATI

        “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2022-ci ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

         2022-ci ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 233 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 100-ü icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 18-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 21-i maddi yardımlarla, 94-ü təşkilati və digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların qəbulu və müraciətlər

        Hesabat dövründə bələdiyyəyə 862 ədəd ərizə və məktub daxil olub. Bunlardan 81-i maddi yardımla, 188-i sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 148-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 6-sı tikinti və təmir işləri, 439-u arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

         Maddi yardımla bağlı müraciət edənlərdən 29 nəfərə pul və material yardımları edilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 54 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, icarə müddəti bitmiş 9 nəfərin icarəsinə, 4 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. İcarəyə verilən torpaq sahələrindən ikisi şəhid ailələrinə və Qarabağ qazilərinə hündürmərtəbəli binalar tikilməsi üçün ayrılıb.Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 25 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsi, ikisi Qarabağ müharibəsi əlilidir. 

         439 nəfər müxtəlif dövlət orqanlarına arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib. 

         Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 177 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilib. 

         2022-ci ildə bələdiyyəyə rəsmi orqanlardan 845 ədəd sənəd və məktub daxil olub. Onlardan 124-ü Mərkəzi İcra Hakimiyyətlərindən, 80-ı yerli İcra Hakimiyyətindən , 4-ü Milli Məclisdən, 637-si müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar cerilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib. 

 

 

 

 

Bələdiyyə büdcəsi

  1. Gəlirlər

 

2022-ci ildə bələdiyyənin gəlirləri 395391,67 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.

 

 

  1. Xərclər

 

Hesabat dövründə bələdiyyənin xərcləri 360742,35 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.

 

Görülmüş işlər

Abadlaşdırma xidmətləri

 

        2022-ci ildə dövlət büdcəsindən ayrılmış dotasiya hesabına şəhərin müxtəlif ərazilərində “Abad məhəllə” layihələri icra olunub. Şəhərin mərkəzi hissəsindəki böyük bir məhəllədə - H.Əliyev prospekti, İ.Qayıbov və H.Aslanov küçəslərinin kəsişdiyi məhəllədə  layihə çərçivəsində iki idman meydançası (futbol və basketbol meydançalrı) salınıb. Məhəlləyə daxil olan binaların qarşılarına və meydanın kənarlarına qiyməti 6216 manat olan 4 ədəd söhbətgah, qiyməti 3950 manat olan uşaqlar üçün oyun-əyləncə qurğuları, qiyməti 5000 manat olan böyüklər üçün idman trenajorları quraşdırılıb. Bunlardan başqa, məhəllədə başqa abadlıq işləri də görülüb: 1080 kv.metr sahədə qalınlığı 3 sm olan asfalt beton örtüyü tikilib, 596 metr beton səki daşları düzülüb. 70 ədəd şam ağacı əkilib, xeyir-şər mağarları, meydançanın kənarları ağardılaraq, rənglənib, 7 ədəd oturacaq qoyulub və s.

        Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişdiyi məhəllədə uşaqlar üşün əyləncə məkanı yaradılıb. Həmin məkana bir dəst yelləncək, bir ədəd sürüşkən və bir dəst ikitərəfli yelləncək qurğuları quraşdırılıb. Azərbaycan İES yaşayış massivində C.Əliyev küçəsindəki məhəlləyə 6 ədəd söhbətgah və 16 ədəd oturacaq qoyulub. Bu məhəllələrə yerləşdirilən qurğu və avadanlıqların hazırlanmasına 14309 manat vəsait sərf olunub.

         Şəhərin mərkəzi stadionunda cari təmir işlərinin görülməsi üçün mal-materiallarIn alınmasına 9749,52 manat xərclənib. Bu işlər bələdiyyənin şəhərimizi ötən ildən ölkə çempionatının birinci dəstəsində təmsil edən “Mingəçevir” futbol komandasına bir töhfəsidir.

        Bələdiyyənin inzibati binasının sanitar qovşağında köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz edilərək cari təmir işləri aparılıb. Bu işlərə 442,50 manat xərclənib.

         Qum-çınqıl karxanalarının ötən illərdən qalmış mədən vergisi borcu əvəzinə sakinlərin müraciətlərini nəzərə alaraq, ara yollara vəeyni zamanda şəhərdə abadlıq işləri gedən ərazilərə bələdiyyə tərəfindən aşağıdakı ünvanlara çınqıl tökülüb:

 

Maddi yardımlar

 

        Hesabat dövründə vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. Şəhid Əlizadə Elmin Samir oğlunun qəbirüstü abidəsinin mərmərdən düzəldilməsinə 1200 manat, şəhid Rzayev Tərlan Pərviz oğlunun qəbirüstü abidəsinin düzəldilməsinə 1770 manat, şəhid ailəsi Məmmədova Gülsənəm Nəcvəddin qızının müraciətinə əsasən şəhid bulağının təmiri üçün mal-materialların alınmasına 343,60 manat, 2-ci qrup Qarabağ müharibəsi əlili Cavadov Vidadi Xanlar oğlunun qəbirüstü abidəsinin ağ mərmərdən düzəldilməsinə 700 manat, imkansız Dadaşova Lətifə Möylam qızının oğlunun qəbirüstü abidəsinin düzəldilməsinə 500 manat vəsait sərf olunub. 

   Bundan əlavə, şəhid ailələri, müharibə əlili və iştirakçılarına pul yardımları da edilib. Şəhid ailələri Ələkbərova Suqra Məhəmməd qızına 100 manat, Həsənova İranə Məmməd qızına 200 manat, İsgəndərova Sevinc Rəsul qızına 100 manat, Orucov Əmir Duman oğluna 100 manat,Əzizova Xalidə Muxtar qızına 100 manat, Qarabağ müharibəsi əlili Əliyev İntiqam Ələmşah oğluna 100 manat, Qarabağ müharibəsi veteranları Kazımov Eldar Vahid oğluna 50 manat, Abdurəhimov Eldar Qoca oğluna 100 manat, Məmmədov Yaqub Məmmədalı oğluna 100 manat, Əfqanıstan müharibəsi əlili İbrahimli Elşən Müzəffər oğluna 50 manat və başqa 17 imkansız ailəyə pul yardımları edilib.

    Keçən il bələdiyyə Qurban bayramında 600 ailəyə (şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına, gözdən əlillərə, Əfqanıstan və Çernobıl əlillərinə və digər imkansız ailələrə) qurban əti paylayıb. 

Bələdiyyənin 04 iyun 2021-ci il tarixli, 12/5 saylı qərarına əsasən 1-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğlu bələdiyyənin himayəsinə götürülərək, ona hər ay 200 manat yardım edilir. Hesabat dövründə A.Abdullayevin hesabına 2400 manat vəsait köçürülüb.

Şəhərimizi ötən mövsümdə Region liqasında təmsil edən “Energetik” futbol klubuna həvəsləndirmə üçün 300 manat yardım edilib.

Bütün yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 17563,60 manat vəsait ayrılıb.

 

Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

 

2022-ci ildə bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 25 nəfərin mülkiyyətinə 8933 kv.metr torpaq sahəsi verilib. Ocümlədən, 1 nəfər şəhid ailəsinə 411 kv.metr və 2 nəfər Qarabağ müharibəsi əlilinin hər birinə ödənişsiz 400 kv.metr torpaq sahəsi ayrılıb.

         Sahibkarlıq fəaliyyəti üçün 846 kv.metr torpaq sahələri mülkiyyətə verilib. İcarə müddəti bitmiş 5858 kv.metr torpaq sahəsi hərraca çıxarılaraq yenidən icarəyə verilib. O cümlədən, Əmək və Sosial Müdafiə Nazirliyinin sifarişi ilə şəhid ailələri və  Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələri üçün 2556 kv.metr və 3000 kv.metr torpaq sahələri ayrılaraq icarəyə verilib.

 

Tədbirlər

 

Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər. 

         Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr keçirilib.

         Ümummilli liderin ad günündə “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda bələdiyyənin təşkilatçılığı ilə videokonfrans keçirilib.

28 May-Müstəqillik Günü münasibəti ilə bələdiyyənin təşkilatçılığı ilə respublika miqyaslı Yunan-Roma güləş yarışı keçirilib. Yarışlarda 6 rayondan 110 güləşçi 11 çəkidə güclərini sınayıblar və nəticədə qaliblər mükafatlandırılıblar.

         Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və qaliblərdən biri olub. Bu il layihənin icrasına başlanacaq.

         İyunun 10-da bələdiyyə sədri Türkiyənin İstanbul şəhərində keçirilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin 6-cı Qurultayında və iyunun 11-12-də Bursa şəhərində keçirilmiş Beynəlxalq Yerli Özünüidarəetmə Konfransında İştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olub.

         “İctimai iştirakçılq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir bələdiyyəsi yanında İctimai Şura yaradılıb. İctimai Şura şəhərdə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin üzvlərinin iştirakı ilə seçki keçirilərək formalaşıb.

        Zəfər bayramı münasibəti ilə tədbir keçirilib və Vətən müharibəsində iştirak etmiş bələdiyyə işçilərinə fəxri fərman və mükafatlar verilib.

       Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Mingəçevir bələdiyyəsinin birgə təşkilatçılğı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Bələdiyyənin “Gender bərabərliyi” komissiyasının sədri Ailə, Qadin və Uşaq problemləri üzrə Komitənin və beynəlxalq təşkilatın genderlə bağlı təşkil etdikləri tədbirlərdə iştirak edib.

     Bələdiyyənin  “İdman və gənclərlə iş” komissiyasının təşəbbüsü ilə “Gələcəyimiz düşünək. Narkomaniyaya “yox” deyək” mövzusunda onlayn seminar keçirilib.

      İlin son və ən önəmli tədbiri şəhid uşaqları üçün bələdiyyədə təşkil olunmuş bayram şənliyi oldu. Bəzənmiş şam ağacının ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən tədbirdə uşaqlar şənləndilər və hədiyyələr aldılar. 





Faydalı keçidlər

Vətəndaş müraciəti