Sənədlər



Mingəçevir Bələdiyyəsinin 2025-ci il ərzindəki fəaliyyəti barədə

HESABATI

         “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
     2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 208 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 99-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 3-ü şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 16-sı maddi yardımlarla, 90-ı təşkilati və digər məsələlərlə bağlı olub.
     Hesabat dövründə bələdiyyəyə 1183 ədəd ərizə və məktub daxil olub. Bunlardan 65-i maddi yardımla, 136-ı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 118-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 3-ü tikinti və təmir işləri, 25-i ağac kəsimi və budanması ilə, 861-i arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.
     Maddi yardımla bağlı müraciət edənlərdən 33 nəfərə pul yardımı edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 44 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 21 nəfərin icarəsinə, 13 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 9 nəfər üçün qərar qəbul edilib ki, bunlardan 1 nəfəri şəhid ailəsi, 1 nəfəri Qarabağ müharibəsi əlilidir. 
       İl ərzində bələdiyyəyə 861 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib. 
   Bələdiyyə sədri tərəfindən 237 nəfər qəbul edilib, qaldırılan məsələlərlə bağlı bələdiyyənin müvafiq komissiya və şöbələrinə tapşırıqlar verilib.
     Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 503 ədəd sənəd və məktub daxil olub. Onlardan 85-i Mərkəzi İcra Hakimiyyətlərindən, 4-ü Milli Məclisdən, 87-i yerli İcra Hakimiyyətindən,  327-ı müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə göndərilb. 
   
                                                     
   2025-ci ildə bələdiyyənin gəlirləri 465000.61 manat olub.
       Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:  Qeyd edək ki, bələdiyyə büdcəsinin gəlirləri ötən illə müqayisədə 13% artıb.
 
   Hesabat dövründə bələdiyyənin xərcləri 385703.85 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:  
 
           
          2025-ci ildə Mingəçevir bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib:1 iyun tarixlərində I Mingəçevir Kitab sərgisi keçirilib. Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.  Sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb, 10 minə yaxın kitab nümayiş edilib.
Kitab sərgisində fəallıq göstərən bələdiyyənin könüllüləri bələdiyyə və Azərbaycan  Nəşriyyatları  Assosiasıyası tərəfindən mükafatlandırılıblar. 
               Hesabat dövründə əhalinin həssas qruplarına müxtəlif cür yardımlar         edilib: Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə 500 kq qurban əti paylanıb.
        Şəhid ailəsi Telman Nağıyevə 100 manat, şəhid bulağının tikintisi üçün şəhid qardaşı Mehman Ağakişiyevə 1044 manat, Yeni il şənliyinin keçirilməsi üçün şəhid atası Ariz İbrahimova 250 manat, I qrup Qarabağ müharibəsi əlili Əbulfət Məmmədova 50 manat, imkansız ailələr Leyla Ağalarovaya övladının təhsil haqqının ödənilməsi üçün 250 manat, Adilə Qurbanovaya və Cavid Cavadova övladlarının müalicəsi üçün 250 manat, 1-ci qrup əlil Mübariz İmamverdiyevə 50 manat, 2-ci qrup əlil Əlixan Əliyevə 50 manat, bələdiyyə qulluqçusu, fəhlə Rəfail Məmmədova 100 manat maddi yardım edilib. Ümumilikdə, il ərzində 33 nəfərə 6974 manat pul yardımı verilib.
       Şəhid ailələri Oruc Əhmədova, Buluş Elyasovaya, Nəhayət Həsənovaya, Reyhanə Ağakişiyevaya və Kamran Osmanova şəhid bulaqlarının yanına qoyulması üçün  12 ədəd oturacaq verilib.
 
     Hesabat dövründə Bələdiyyə tərəfindən müxtəlif ünvanlarda abadlıq işləri aparılıb. 
  “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prizdentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar müraciət edən 13 sahibkarın mülkiyyətinə 0,1307 ha, 21 sahibkarın icarəsinə 1,034 ha torpaq sahəsi verilib. Eyni zamanda kənd təsərrüfatı ilə məşğul   olmaq üçün 1 nəfərin icarəsinə 1,8 ha torpaq sahəsi ayrılıb. 9 nəfərin isdifadəsində olan fərdi ev tikintisi üçün 0,3251 ha torpaq sahəsi onların mülkiyyətinə  verilib. 
 
Sonda qeyd edək ki, 2026-cı il üçün bələdiyyə büdcəsinin proqnozu müzakirə edilərək təsdiqlənib. Həyata keçiriləcək sosial layihələrin, ekoloji və iqdisadi inkişaf proqramlarının siyahısı dəqiqləşdirilib və iş planına salınıb.
      Əminik ki, bundan sonra qarşıya çıxan problemləri aradan qaldıraraq daha çox yerli əhəmiyyətli məsələlərin həlli üçün bələdiyyə üzv və qulluqçuları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, potensiallarından tam istifadə edəcəklər.
 
 
 
 


Faydalı keçidlər

Vətəndaş müraciəti