Sənədlər



Mingəçevir Bələdiyyəsinin 2025-ci ilin l yarımilliyi ərzindəki fəaliyyəti barədə

HESABATI

         “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ilin I yarımilliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
     2025-ci ilin 6 ayı ərzində bələdiyyə 13 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 73 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 30-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 1-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 6-sı maddi yardımlarla, 37-si təşkilati və digər məsələlərlə bağlı olub.
     Hesabat dövründə bələdiyyəyə 582 ədəd ərizə və məktub daxil olub. Bunlardan 31-i maddi yardımla, 88-i sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 70-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 1-i tikinti və təmir işləri, 392-si arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.
     Maddi yardımla bağlı müraciət edənlərdən 7 nəfərə pul yardımı edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 44 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 6 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 1 nəfər üçün qərar qəbul edib.  
    392 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib. 
   Bələdiyyə sədri tərəfindən 83 nəfər qəbul edilib, qaldırılan məsələlərlə bağlı bələdiyyənin müvafiq şöbələrinə tapşırıqlar verilib.
     Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 242 ədəd sənəd və məktub daxil olub. Onlardan 47-si Mərkəzi İcra Hakimiyyətlərindən, 35-i yerli İcra Hakimiyyətindən,  160-ı müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə göndərilb. 
   
    2025-ci ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 139399.69 manat olub. 01.01.2025-ci ilə ötən ildən 34787.55  manat xərclənməmiş vəsait qalıb.
       Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
 
Hesabat dövründə bələdiyyənin xərcləri 158239.90 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:
 
 
           
         2025-ci ilin 6 ayı ərzində Mingəçevir bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib:
1 iyun tarixlərində I Mingəçevir Kitab sərgisi keçirilib. Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.  Sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb, 10 minə yaxın kitab nümayiş edilib.
Kitab sərgisində fəallıq göstərən bələdiyyənin könüllüləri bələdiyyə və Azərbaycan  Nəşriyyatları  Assosiasıyası tərəfindən mükafatlandırılıblar.
 
   Bələdiyyə sədrinin və üzvlərinin iştirakı ilə 6 ay ərzində müxtəlif görüşlər təşkil olunub: şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla, Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə, şəhid ailələri ilə, qazilərlə, şəhər Ağsaqqaları Şurasının üzvləri ilə, idmançı Rövşən Xəlilovla, bələdiyyənin könüllüləri ilə, məhəllə komitələri ilə (A.Məmmədov küçəsi 6/1, Naxçıvan küçəsi 48, N.Nərimanov pr 45, N.Nərimanov pr 44, Ş.İ.Xətai küçəsi 14 saylı binaların sakinləri ilə) maraqlı görüşlər olub.
 
               Hesabat dövründə əhalinin həssas qruplarına müxtəlif cür yardımlar edilib: Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə 500 kq qurban əti paylanıb.
        Şəhid ailəsi Telman Nağıyevə 100 manat, 1-ci qrup əlil İmamverdiyev Mübarizə 50 manat, 2-ci qrup əlil Əlixan Əliyevə 50 manat, bələdiyyə qulluqçusu, fəhlə Rəfail Məmmədova 100 manat maddi yardım edilib.
       Şəhid ailələri Oruc Əhmədova və Buluş Elyasovaya şəhid bulaqlarının yanına qoyulması üçün hər birinə 2 ədəd oturacaq verilib.
     Bələdiyyə 20 Yanvar küçəsi 18,20,22 saylı binaların qarşısındakı mini-parkda yenidənqurma-abadlıq işləri aparıb. Belə ki, yararsız vəziyyətə düşmüş parkda oturacaqlar təmir olunaraq rənglənib, idman qurğuları yenilənib, mini-futbol meydançası və qurğuların yerləşdiyi sahə asfaltanıb, yeni kölgəlik qoyulub, ağaclar budanıb, ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
 
      Qeyd edirik ki, bələdiyyə 6 ay ərzində nəzərdə tutduğu sosial layihərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə əmlakının satışından daxil olan gəlirlərin kəskin şəkildə azalmasıdır. Ödəniş və vergilər, xüsusən əmlak vergisi istənilən səviyyədə yığılmayıb.
      Əminik ki, bundan sonra qarşıya çıxan problemləri aradan qaldıraraq daha çox yerli əhəmiyyətli məsələlərin həlli üçün bələdiyyə üzv və qulluqçuları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, potensiallarından tam istifadə edəcəklər.
 
 



Faydalı keçidlər

Vətəndaş müraciəti