Sənədlər



MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2023-CÜ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABATI


“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2023-cüildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

         2023-cü ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 241 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 134-ü icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 12-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 10-u maddi yardımlarla, 85-i təşkilati və digər məsələlərlə bağlı olub.

 

        Hesabat dövründə bələdiyyəyə 577 ədəd ərizə və məktub daxil olub. Bunlardan 55-imaddi yardımla, 136-sı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 114-ü fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 5-i tikinti və təmir işləri, 267-si arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

         Maddi yardımla bağlı müraciət edənlərdən 16 nəfərə pul və material yardımları edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 25 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, icarə müddəti bitmiş 12 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. İcarəyə verilən torpaq sahələrindən 3-ü şəhid ailəsinə ayrılıb.Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 21 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsidir. 

         267 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib. 

         Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 26ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilib. 

         Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 698 ədəd sənəd və məktub daxil olub. Onlardan 173-ü Mərkəzi İcra Hakimiyyətlərindən, 94-ü yerli İcra Hakimiyyətindən, 2-si Milli Məclisdən, 431-i müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar cerilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.

  Qəbula gələnlərin sayı 213 nəfər olub.

 

 

 

2023-cü ildə bələdiyyənin gəlirləri 376621,77 manat olub. 01.01.2023-cü ilə ötən ildən 87680,67 manat xərclənməmiş vəsait qalıb.

 

Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

 

 

Hesabat dövründə bələdiyyənin xərcləri 424344.92manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

 

 

 

 

 

        2023-cü ildə dövlət büdcəsindən ayrılmış dotasiya hesabına şəhərin müxtəlif ərazilərində “Abad məhəllə” layihələri icra olunub. 

Şəhərin Sağ sahil hissəsindəki parka dörd dəst idman qurğusu (trenajorlar) və bir dəst dəmir çərçivəli, torlu, dirəkli hasar quraşdırılıb. Bu məqsədlə büdcədən 6062 manat vəsait ayrılıb.

        Ş.İ.Xətai küçəsinin sakinləri bələdiyyəyə və şəhər İcra Hakimiyyətinə məhəllələrindəki boş və bərbad vəziyyətdə qalmış ərazinin abadlaşdirilması barədə müraciət etmişdilər. Bələdiyyə müraciəti nəzərə alaraq həmin ərazidə mini-park salınması haqqında qərar verərək işə başladı və qısa zamanda parkı sakinlərə təhvil verdi. 2200 m2 sahəqreyderlə hamarlandı, 620 m2 sahəyə tamet düzüldü, 520 m uzunluğunda bordür qoyuldu, 9 ədəd oturacaq, 2 ədəd söhbətgah yerləşdirildi, 150 ədəd küknar ağacı, 8 ədəd dekorativ ağac   və müxtəlif gül kolları əkildi.

Mingəçevir şəhərinin 75 illiyi ərəfəsində Təbriz küşəsindəki 21 və 23 saylı binaların sakinlərinin müraciətlərini nəzərə alaraq binaların arxasında, boş və baxımsız ərazidə istirahət parkı salınıb. Ərazi səliqəyə salınıb, 652 m2 sahəyə tamet döşənib, 360 metr bordür düzülüb, 10 ədəd oturacaq, 2 ədəd söhbətgah qoyulub.

       Bələdiyyə mülkiyyətində olan “Sahil” parkında da səliqə-sahman işləri aparılıb. Park ərazisində sıradan çıxmış aqlay və tametlər yenisi ilə əvəzlənib, əraziyə 1000 ədəd müxtəlif dizaynda güllər əkilib.

        N. Nərimanov prospektində iki xeyir-şər mağarında boyama işləri aparılıb, bir mağara dəmir şifer vurulub.

        Novruz bayramı ərəfəsində S. Vurğun adına mədəniyyət və istirahət parkında cari təmir işləri aparılıb.

        Şəhid bulağının ətrafına iki ədəd oturacaq, müxtəlif ünvanlardakı məhəllələrə altı ədəd oturacaq, Heydər məscidinin həyətinə iki ədəd oturacaq, Qarabağ müharibəsi əlilinin məhəlləsinə bir ədəd oturacaq və N. Nərimanov prospekti, 34 saylı binanın qarşısına bir ədəd söhbətgah qoyulub.

      Bütün bu abadlıq işlərinə bələdiyyə büdcəsindən 90850.62 manat vəsait xərclənib.

 

    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Bələdiyyə müxtəlif mövzularda yığıncaqlar və tədbirlər keçirib və tədbirlər ilin sonunadək davam edib. Həmin tədbirlərdən biri “KÜR” Olimpiya Tədris Mərkəzində

H. Əliyevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika turnirinin keçirilməsidir. Turnirdə 12 rayondan 160 idmançı iştirak edib. Fərqlənən idmançılara bələdiyyə tərəfindən kubok,  medal və hədiyyələr verilib. Bələdiyyə işçiləri Həmkarlar təşkilatı Respublika Komitəsi fəxri yerləri tutan üç komandanı pul mükafatı ilə təltif edib.

 

    Qurban bayramında bələdiyyə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə, ümumilikdə 500 kq Qurban əti paylayıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 7000 manat vəasit ayrılıb.

 

Qum-çınqıl karxanalarının ötən illərdən qalmış mədən vergisi borcu əvəzinə sakinlərin müraciətləri nəzərə alınaraq, ara yollara vəeyni zamanda şəhərdə abadlıq işləri gedən ərazilərə bələdiyyə tərəfindən 1600 m3çınqıl tökülüb.

 

Hesabat dövründə imkansız vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. Antiterror əməliyyatı zamanı şəhid olmuş üç həmyerlimizin qəbirüstü abidələri bələdiyyənin sifarişi ilə hazırlanaraq Şəhidlər Xiyabanına qoyulub. Şəhid İbrahimov Atiq Ariz oğlunun bulaq kompleksinin ətrafının abadlaşdırılması üçün şəhidin atası İbrahimov Ariz Zülqədər oğluna 400 manat, şəhid ailəsi Kərimova Gül Veyis qızına 100 manat, şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızına 100 manat, I qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğluna 600 manat, Qarabağ müharibəsi veteranı Məmmədov Xəyal Vidadi oğluna 100 manat yardımı edilib. Vətən müharibəsi əlili Muradov Orxan Fazil oğlunun ailəsinə ərzaq yardımı göndərilib.

Şəhid ailələrinin uşaqları üçün bələdiyyədə şənlik təşkil olunub və onlara Yeni il hədiyyələri verilib.

   Bundan əlavə, 12 nəfər imkansız ailəyə pul yardımı olunub.

   C. Əliyev küçəsindəki 24 və 26 saylı binaların qarşısındakı xeyir-şər mağarının dam örtüyünün dəyişdirilməsinə və şəhər stadionunun geyinmə-soyunma otağının təmir işlərinə mal- material yardımı edilib.

Bütün yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 14382.32manat vəsait ayrılıb.

 

2023-cü ildə bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 21vətəndaşın mülkiyyətinə cəmi 0,5977 ha torpaq sahəsi verilib. Ocümlədən,1 nəfər şəhid ailəsinə 700 kv.metr  ödənişsiz  torpaq sahəsi ayrılıb.

Bələdiyyə hesabat dövründə şəhərdə sahibkarlığln inkişafına dəstək məqsədilə sahibkarlıq fəaliyyəti üçün 0,0305 ha torpaq sahəsi mülkiyyətə verilib. Eyni zamanda 8,4637 ha torpaq sahəsi sahibkarlıqla məşğul olmaları üçün sahibkarların icarələrinə ayrılıb.Ümumilikdə sahibkarlıq fəaliyyəti üçün 17 nəfərə hərracla torpaq sahəsi verilib ki, onlardan 2 nəfəri şəhid ailəsidir.

 

Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər. 

Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr keçirilib.

Ümummilli liderin 100 illiyi münasibəti ilə “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda bələdiyyənin təşkilatçılığı ilə videokonfrans keçirilib.

      Həmçinin “Heydər Əliyev ili”nə həsr olunmuş bələdiyyənin təşkilatçılığı və maliyyəsi ilə respublika miqyaslı Yunan-Roma güləşi üzrə turnir keçirilib. Turnirdə 12 rayondan 160 güləşçi 13 çəkidə güclərini sınayıblar və nəticədə qaliblər mükafatlandırılıblar.

      Mingəçevirin 75 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə bələdiyyə fəal iştirak edib. Yubiley ərəfəsində Sağ Sahil yaşayış massivində sakinlərin istifadəsinə yeni istirahət parkı təhvil verilib.

 

Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və qaliblərdən biri olub. Layihənin işçi qrupu il ərzində xarici ölkə nümayəndələrinin keçirdikləri təlimlərdə iştirakçısı olublar. Bələdiyyənin sədri R. Əliyev və layihənin əlaqələndiricisi Z. Qasımlı Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin Şərq tərəfdaşlığı dövlətlərinin nümayəndələri ilə keçirilən beynəlxalq forumda iştirak ediblər.

     Bələdiyyənin sədr müavini Ə. Əliyev nümayəndə heyətinin tərkibində Mingəçevir şəhəri ilə qardaşlaşmış Qazaxıstanın Uralsk şəhərində təşkil olunan “Şəhər günü” tədbirlərinə qatılıb.

Mingəçevir bələdiyyəsinin təşkilatçılğı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Bələdiyyənin “Gender bərabərliyi” komissiyasının sədri və üzvləri Ailə, Qadin və Uşaq problemləri üzrə Komitənin və beynəlxalq təşkilatın genderlə bağlı təşkil etdikləri tədbirlərdə iştirak ediblər.

     Bələdiyyənin  “İdman və gənclərlə iş” komissiyasının təşəbbüsü ilə “Gələcəyimiz düşünək. Narkomahiyaya “yox” deyək” mövzusunda onlayn seminar keçirilib.




Faydalı keçidlər

Vətəndaş müraciəti