Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Xəbərlər

Mingəçevirdə “Bələdiyyə bazarı” açıldı

22.11.2019   

Bələdiyyələrin maliyyə vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə bələdiyyə müəsissələri yaradılması üçün təqdim olunmuş layihələrin icrasına dövlət büdcəsindən subvensiya ayrılmışdır. Subvensiya alan bələdiyyələrdən biri də Mingəçevir bələdiyyəsidir.

Mingəçevir bələdiyyəsi 20 mindən çox sakinin yaşadığı Az. İES qəsəbəsi adlanan yaşayış massivində kənd təsərrüfatı məhsullarının satışı üçün bazar tikintisi üçün dövlət büdcəsindən 171 min manat vəsait almışdır. Bazarın tikintisinə bu ilin iyun ayında başlanmış, oktyabr ayında tamamlanmışdır. Bələdiyyə bazarında 70-ə yaxın satış piştaxtası yerləşdirilmiş, 10-a qədər daimi iş yeri üçün şərait yaradılmışdır.

Noyabrın 21-də Bələdiyyə bazarı nın açılışı oldu. Açılış mərasimində bələdiyyə üzvləri, şəhər İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin məsul şəxsləri, tikintini aparan müəsissənin nümayəndələri, sakinlər və KİV təmsilçiləri iştirak edirdilər. Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev tədbir iştirakçılarını salamlayaraq, layihə barədə geniş məlumat verdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında bildirdi ki, bu ərazidə yaşayanlar bazarlıq üçün uzaq məsafə qət edərək, şəhər mərkəzinə gedirlər. Belə bir bazarın tikintisinə ehtiyac vardır. O, Bələdiyyə bazarının tikilib istifadəyə verilməsində əməyi olanlara, xüsusən bələdiyyəyə minnətdarlığını bildirdi.

Sakinlər kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintişi üçün bələdiyyəyə təşəkkür etdilər.

 

Mətbuat xidməti

Geri

 

   
Mingəçevir şəhər bələdiyyəsi