Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Bələdiyyə sədri

Əliyev Ramiz Salman oğlu,

1962-ci il yanvarın 20-də Mingəçevir şəhərində anadan olub.

1969-1979-cu illərdə Mingəçevir şəhəri, 11 saylı orta məktəbində oxuyub.

1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna qəbul olunub, 1985-ci ildə bədən tərbiyəsi müəllimi ixtisası ilə həmin institutu bitirib.

1985-ci ilin sentyabr ayından Mingəçevir şəhərində Təhsil şöbəsinin nəzdindəki UGİM-də məşqçi-müəllim işləyib. Həmin ilin noyabr ayında hərbi xidmətə çağırılıb.

1987-ci ildə hərbidən tərxis olunduqdan sonra Mingəçevir şəhər 4 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.

1993-cü ildə 11 saylı orta məktəbdə təlim-tərbiyə üzrə director müavini təyin olunub.

1994-cü ilin yanvar ayından Mingəçevir şəhər İdman Komitəsinə sədr, dekabr ayında isə Gənclər və İdman İdarəsinə rəis vəzifəsinə təyin olunub.

1999-cu ildə Prezident yanında İdareetmə Akademiyyasının qiyabi şöbəsinə qəbul olunub.

2002-ci ildə Akademiyanı Dövlət və Bələdiyyə İdareetmə ixtisası bitirib.

2003-cü ilin avqust ayında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi alıb.

2012-ci ilin sentyabr ayından Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, “İctimai-siyasi və hümanitar məsələlər” şöbəsinin müdiri vəzifəsinə təyin edilib və dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsini alıb.

2015-ci ilin sentyabr ayında  dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb.

2016-cı ilin iyul ayından Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru vəzifəsinə təyin edilib.

23 dekabr 2019-cü ildə Mingəçevir Bələdiyyəsinə üzv seçilib.

Mingəçevir Bələdiyyəsinin 14.01.2020-ci il tarixli iclasında bələdiyyə sədri seçilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

   
Mingəçevir şəhər bələdiyyəsi