Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakı

Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 №li fərmanı ilə «Dövlət Əmlakının bələdiyyələrə verilməsi qaydası müddətləri haqqında Əsasnamə» təsdiq edilmişdir. Əsasnamə dövlət mülkiyyətində olan bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin bələdiyyə mülkiyyətinə verilməsi qaydasını müəyyən edir. Prezidentin bu fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən «Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının siyahısının təsdiq edilməsi barədə» 8 iyul 2002-ci il tarixdə 106 №li Qərar qəbul edilmişdir. Bu qərarda Mingəçevir Bələdiyyəsinə veriləcək dövlət əmlakı konkret olaraq müəyyənləşdirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 22 iyul 2002-ci il tarixli, 202 №li sərəncamı ilə Mingəçevir Bələdiyyəsinə verilən dövlət əmlakının texniki-iqtisadi göstəricilərini müəyyən etmək üçün komissiya yaradılmışdır. 05 avqust 2002-ci il tarixdə komissiya Bələdiyyə mülkiyyətinə veriləcək obyektlərin təyin olunmuş texniki-iqdisadi göstəricilərini aktlaşdırmışdır. Nəhayət, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 sentyabr 2002-ci il tarixli, 234 №li sərəncamı ilə aşağıdakı dövlət obyektləri Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə verildi:

 

Obyektin adı

Ünvanı

İstismara verilmə tarixi

Sahəsi (kv.m)

1.

İnzibati bina (2-ci və 3-cü mərtəbələr)

M.Rəsulzadə pr. 26/11

1953

592

2.

S.Vurğun adına istirahət bağı

S.Vurğun meydanı

1953

8580

3.

M.Hüseynzadə adına «Sahil» bağı

N.Rəfibəyli küçəsi

1970

38620

4.

Fəvvarə

M.P.Vaqif küçəsi

1985

1810

5.

Fəvvarə

M.Ə.Rəsulzadə pr. 34

1979

73

6.

Fəvvarə

M.Ə.Rəsulzadə pr. 47/2

1973

118.44

7.

Fəvvarə

M.Ə.Rəsulzadə pr. Mərkəzi bazarın qarşısı

1975

52

8.

Fəvvarə

Ş.Mustafayev adına meydan

1954

144

9.

Fəvvarə

N.Rəfibəyli küçəsi

1970

171

10.

Fəvvarə

Ailə İstirahət Mərkəzi

1970

353.5

11.

Fəvvarə

Fizuli küçəsi

1960

57.6

   
Mingəçevir şəhər bələdiyyəsi