Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
«Tikinti-təmir» sahəsi

«Tikinti-təmir» sahəsi Bələdiyyənin 31 oktyabr 2001-ci il tarixli, 18/1 saylı qərarı ilə yaradılmışdır. Sahə əvvəllər «Tikinti-təmir kommunal xidmətlər» adlanırdı. Sahə aşağıdakı xidmətləri həyata keçirirdi:

- tikinti təmir işləri

- Kanalizasiya, su, qaz, istilik qovşaqlarının digər mühəndis xətlərinin yenidən çəkilməsi təmiri;

- bələdiyyə ərazisindəki bağ, park xiyabanlarda abadlıq işləri;

- yol səkilərin yenidən qurulması;

- hüquqi fiziki şəxslərin fərdi sifarişləri .

Göstərilən xidmətlərlə yanaşı sahədə istehsal prosesləri həyata keçirilir. Taxta dəmirdən hazırlanan məmulatlar üçün hər cür avadanlıq, müxtəlif səki döşəmə daşlarının istehsalı üçün qəliblər, hər cür qaynaq işlərini yerinə yetirmək üçün avadanlıqlar sahənin güclü texniki bazaya malik olduğunu göstərir.

     Sahə sonradan 3 istiqamətdə fəaliyyətini davam etdirdi:

     1. Tikinti-təmir 2. Kommunal xidmətləri 3. Д°stehsal

   
Mingəçevir şəhər bələdiyyəsi