Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Bələdiyyə haqqında

Mingəçevir Bələdiyyəsi 12 dekabr 1999-cu ildə yaradılmışdır. İkinci çağırış bələdiyyə seçkiləri 17.12.2004-cü ildə, üçüncü çağırış 23.12.2009-cu ildə və dördüncü çağırış 23.12.2014-cü ildə olmuşdur. Bələdiyyəyə 19 nəfər seçilmişdir. Bələdiyyə qanunvericiliyinə əsasən öz iclasında formalaşdırdığı daimi və müvəqqəti komissiyalar vasitəsi ilə işlərini həyata keçirir. Hazırda bələdiyyənin 5 daimi komissiyası fəaliyyət göstərir:

  • "Yerli büdcə məsələləri"
  • "Yerli sosial məsələləri"
  • "Yerli iqtisadi inkişaf məsələləri"
  • "Yerli ekologiya məsələləri"
  • "Hüquq məsələləri üzrə"

Bələdiyyənin nəzdində bir neçə xidmət sahəsi yaradılmışdır:

  • "Təmir-tikinti"
  • "İstehsalat"
  • "Peşəyönümlü maraq kursları"
  • "Dəfn mərasimi xidmətləri"
  • "Məişət xidmətləri"
  • "Transformatorların istehsalı və təmiri"
  • "Kommunal xidmətləri"

  Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi məhəllə komitələri vasitəsilə həyata keçirilir.
  Hazırda bələdiyyənin şəhərin müxtəlif ərazilərini əhatə edən 96 məhəllə komitəsi vardır.

Mingəçevir Bələdiyyəsindəki xidmət sahələri haqqında məlumat

 № Sahələr
1 «Peşəyönümlü Maraq Kursları»
2 «Dəfn mərasimi» xidməti sahəsi
3 «Məişət xidməti» sahəsi
4 «İstehsalat» sahəsi
5 «Təmir-tikinti» sahəsi
6«Transformatorların istehsalı və təmiri» sahəsi
7«Kommunal xidmətləri» sahəsi

Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan (balansında) olan texnikalar haqqında məlumat

 
1Qaz-3110 markalı 45-AA-067 dövlət nömrə nişanlı "Volqa" minik maşını
2Volkswagen Passat markalı 45-AA-160 dövlət nömrə nişanlı "Volqa" minik maşını

 

 

   
Mingəçevir şəhər bələdiyyəsi