Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Şəhər haqqında

1948-ci ildə Kür çayı üzərində Su Elektrik Stansiyaları Silsiləsinin tikintisi ilə əlaqədar qurulmuş Mingəçevir 1954-cü ildə Respublika tabeli şəhər statusu almışdır. İlk illər burada tikinti və tikinti sənayesi müəssisləri yaradılmış, nəqliyyət sahələri inkişaf etmişdir.

Sonraki illərdə Zaqafqaziyada ən nəhəng istilik elektrik stansiyası olan Az.DRES tikilmişdir. Hal-hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 60-65%-ni Mingəçevirdə fəaliyyət göstərən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC və "Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi" MMC hasil edir.

Mingəçevir ərazisi 130 kv. km, əhalisi 01.05.2014-ci il tarixə rəsmi qeydiyyatda 100670 nəfərdir.

Dəmir yol vağzalından hər gün Mingəçevir-Bakı-Mingəçevir marşurutu ilə müasir tipli sürət qatarı isləyir. Şəhərin dəmir yol stansiyası bakı-Tiflis magistraldəmir yolundan (tam elektrikləşdirilmiş) 18 km məsafədə yerləşir.

Beynalxalq əhəmiyyətli ən yaxın hava limani 80 km məsafədə Gəncə şəhərində, respublika əhəmiyyətli hava limani isə 30 km məsafədə Yevlax şəhərində yerləşir.

Coğrafi cəhətdən Mingəçevir təxminən ölkənin çmərkəzində yerləşir. Uzunluğu 75 km, eni 9-20 km olan Mingəçevir su anbarı şəhərin ərazisinə daxildir. Respublikanın əsas içməli su hövzələrindən biri olan Kür çayı şəhəri sağ və sol sahilə ayırır.

Mingəçevir sakinləri şəhər ərazisini və onu əhətə boz dağların yamaclarında ağaclar əkərək 250 hektardan artıq sahədə yaşıllıq salmışdırlar ki, bu da orta hesabla hər bir nəfərə 26 kv metr yaşıl sahə deməkdir. Şəhər mülayim-isti yarımsahra zonasında  salınmışdır. yayı isti və quru, qışı isə yumşaqdır. İllik orta temperatur müsbət 14-15 dərəcə təşkil edir.

Hal-hazırda Mingəçevir özünün ikinci həyatını yaşayır. Şəhərdə iqtisadiyyətin bütün sahələrində inkişaf sürətlənmiş, abadlıq işləri geniş vüsət almışdır.

   
Mingəçevir şəhər bələdiyyəsi