Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Gölbaşı bələdiyyəsi

18.05.2015   

Sevgi çiçəyinin vətəni Gölbaşı

 2007-ci ilin 7 mayında Azərbaycan Respublikası Mingəçevir Bələdiyyəsi Türkiyə Cümhuriyyəti Başkənd Ankaranın Gölbaşı Bələdiyyəsi arasında qardaşlaşmış şəhərlər anlaşması qəbul edildi.

Anlaşmaya görə hər iki bələdiyyə mədəni, iqtisadi şəhərlərin planlaşdırılmasında bir-birinə qarşılıqlı yardımiçı olacaq,  bələdiyyə üzvləri qulluqçularının gediş-gəlişini təşkil edəcək, hər iki şəhər əhalisinin bir-birləri ilə tanış olmalarına şəhərlərin inkişafına nail olacaqlar.

Əsas məqsədlərdən biri bələdiyyyə üzvlərinin görüşərək fəaliyyətləri barədə bir-birlərinə bilgilər vermək, təcrübə mübadiləsiaparmaq, öyrəndikləri işdə tətbiq etəmkdir. Əslində bələdiyyələr barədə yeni bilgilər qazanmaq, təcrübədən bəhrələnmək bizə lazım idi.

Bu il iyunun 27-30-da Gölbaşı Bələdiyyəsinin 5 üzvü və başkanı Abdul Nasır Haşlak şəhərimizin qonağı oldular. Onlar bu müddətdə bələdiyyədə, İcra Hakimiyyətində, Polis Şöbəsində maraqlı görüşlər keçirdilər, şəhərimizin görməli yerlərini, müəssisələrini gəzdilər, Şəkiyə səyahət etdilər. İyunun 30-da polis günü münasibətilə şəhər stadionunda təşkil olunmuş bayram tədbirlərinin iştirakçısı oldular xoş təəssüratla ölkəmizi tərk etdilər.

Təxminən bir həftə sonra, iyulun 5-9-da qarşılıqlı olaraq, Mingəçevir Bələdiyyəsinin 5 üzvü (sədr ilə birlikdə) yerli musiqiçilərdən ibarət 8 nəfərlik heyət Gölbaşı Bələdiyyəsinin dəvəti ilə Baş Kənd Ankaranın Gölbaşı ilçəsinə səfər etdi.

Əvvəldən qeyd edim ki, şəhərimizdən böyük heyətin dəvətində iki məqsəd güdülürdü. Bələdiyyə üzvlərinin səfərinin məqsədini yuxarıda göstərmişdim. Musiqiçilərimiz isə hər il Gölbaşıda keçirilən Uluslararası Gölbaşı Göllər, Andezit (daş) Sevgi çiçəyi festivalında çıxış üçün dəvət olunmuşdular. Burarda haşiyəyə çıxmaq yerinə düşər ki, sevgi çiçəyi adlandırılan çiçək yalnız Gölbaşıda yetişir. May, iyun aylarında çiçək açır. Bu çiçək şəhərin simvoluna çevrilib.

O da maraqlıdır ki, çiçək, göl, daş adı ilə beynəlxalq festivalda dünyada yalnız Gölbaşıda keçirilir.

Məqalənin tam mətni

 


Geri

 

   
Mingəçevir şəhər bələdiyyəsi