Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Kars bələdiyyəsi

Mingəçevirlə Kars qardaşlaşdı.

18.05.2015   

Mingəçevirlə Kars qardaşlaşdı.

Türkiyə Cmhuriyyəti Kars Bələdiyyəsinin üzvləri 26-29 aprel 2013- ildə Azərbaycana səfərə gəlmişlər. Səfərin məqsədi Mingəçevir Bələdiyyəsi ilə Kars Bələdiyyəsi arasında Qardaş Şəhərlər Protokolu imzalamaq olmuşdur. Bir gün Bakı şəhərinin görkəmli yerlərini gəzdikdən sonra nümayəndə heyəti Mingəçevirə gəlmişdir.

Aprelin 27- ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyuldu qardaşlaşma protokolunun imzalama mərasimi keçirildi. Protokol Mingəçevir Bələdiyyəsində bələdiyyənin sədri Cavanşir Yusubov Kars bələdiyyəsinin başkanı Nevzat Bozkuş tərəfindən imzalandı. Protokolda tərəflərin mədəni, iqtisadi, sosial sahələrdə əməkdaşlığı, festivallarda, sərgilərdə tarixi günlərlə bağlı tədbirlərdə qarşılıqlı iştirakı, bələdiyyə üzvləri arasında təcrübə mübadiləsinin aparılması s. məsələlər nəzərdə tutulub.

Sonra şəhərlə tanışlıq başladı. Qonaqlar Şəhidlər xiyabanını ziyarət etdilər, Soyqırım Abidəsi, «1941-1945 Qələbə abidə kompleksi» önünə gül dəstəsi qoydular. Yenicə istifadəyə verilmiş Müşfiq Mirzəyev adına park, Gənclər evi, Bayraq meydanı Sahil parkında görülmüş abadlıq yenidənqurma işləri qonaqlarda xoş təəssürat yaratdı.

Günün ikinci yarısında bələdiyyə üzvləri Tarix muzeyi, Su anbarı ətrafı «Kür» Avarçəkmə bazasına  ekskursiya etdilər.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Kars bələdiyyəsinin başkanı Nevzat Bozkuşu Bələdiyyə Məclis üzvlərini qəbul etdi. Səmimi görüş zamanı şəhərlərin qardaşlaşmasından məmnunluq ifa edildi qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olundu.

Aprelin 28- qonaqlar Şəki şəhərində oldular. Gün ərzində Xan sarayını, Karvansarını, Şəki diyarşünaslıq muzeyini başqa görməli yerləri gəzdilər.

Axşam Mingəçevirdəki «River Side» otelində qonaqların şərəfinə ziyafət verildi. Mingəçevir Mədəniyyət Turizm şöbəsinin təşkilatçılığı ilə geniş maraqlı konserti proqramı ilə səfərə yekun vuruldu.

Aprelin 29-da səfər başa çatdı yolasalma mərasimi keçirildi.

Səfər boyunca qonaqları Azərbaycanın Kars şəhərindəki Konsulluğunun nümayəndəsi Ramin Yusufov müşayət edirdi.


Geri

 

   
Mingəçevir şəhər bələdiyyəsi