Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Xəbərlər

Mingəçevir Bələdiyyəsində şəhər ağsaqqalları ilə görüş keçirildi

28.02.2020   

Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyev bələdiyyədə şəhər ağsaqqallarının bir qrupu ilə görüş keçirdi. Sədr bələdiyyəyə yeni üzvlərin seçilməsindən, bələdiyyədə yol verilmiş nöqsanlardan və il ərzində görüləcək işlərdən danışdı. Ağsaqqallardan Ələm Məmmədov, Tofiq Qarayev, Tahir Məmmədov, Nəsib Süleymanov, Qəşəm İsmayılov, Nəriman İsrafilov, Pənah Qurbanzadə çıxış edərək, yeni seçilmiş heyətə xeyir-dua verdilər və şəhərdə rast gəldikləri problemlərdən bəhs etdilər, təkliflərini irəli sürdülər.

      Görüşdə şəhər ərazisindəki yaşıllıqların qorunması və suvarılması, istilik sisteminin bərpası, “abad məhəllələr”in yaradılması, xeyir-şər mağarlarının təmiri, imkansızlara maddi yardımların verilməsi və s. məsələlər müzakirə mövzusu oldu.

    Sonda bələdiyə sədri bütün təkliflərin bələdiyyənin iş planına salınacağını bildirdi.

    


Geri

 

   
Mingəçevir şəhər bələdiyyəsi