Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Xəbərlər

Mingəçevir Bələdiyyəsi yeni layihəyə start verib.

18.06.2019   

Şəhərin mərkəzində, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə Fəvvarə meydanının yenidən qurulmasına başlanılıb. Sakinlərin, əsasən də təqaüdçülərin görüş və istirahət yeri olan meydan və fəvvarə müasir dizaynla tikiləcək. Meydanın 1200 m2 sahəsinə preslənmiş daş döşənəcək, 30 m2 sahə aqlayla örtüləcək. Fəvvarənin ətrafına 30 ədəd oturacaq, 12 ədəd zibil qutusu, 6 ədəd işıq dirəyi qoyulacaq. Meydanın qalan hissələrinə dekorativ kollar, müxtəlif növ gül və çiçəklər əkiləcək. Fəvvarənin içi cürbəcür rəngli işıqlarla, müxtəlif ölçülərdə su köpükləri, gözoxşayan su şarları ilə təchiz ediləcək.

Əminik ki, bələdiyyə vəsaiti hesabına yeni dizaynla tikiləcək Fəvvarə meydanı mingəçevirlilərin sevimli guşələrindən birinə çevriləcək.


Geri

 

   
Mingəçevir şəhər bələdiyyəsi