Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Xəbərlər

Bələdiyyə yeni layihə başladı

08.05.2019   
       Mingəçevir bələdiyyəsi şəhərin ən böyük məhəllələrindən biri olan ərazidə - 20 Yanvar küçəsindəki 18, 20 və 22 saylı binaların qarşısında “Abad məhəllə” layihəsinin icrasına başlayıb. Artıq ərazinin hamarlanaraq hazırlanması prosesi başa çatıb. Fevral-mart aylarında bələdiyyə həmin məhəllədə ağacəkmə kompaniyası aparmışdı. “Abad məhəllə” layihəsinə görə, ərazidə uşaqlar üçün idman-əyləncə qurğuları quraşdırılacaq, sakinlərin istirahəti üçün söhbətgah, kölgəliklər, oturacaqlar düzəldilərək, müxtəlif yerlərdə yerləşdiriləcək. Məhəllədə mini futbol meydanşçası, basketbol, həndbol oyunları üçün sahələr və cürbəcür sağlamlıq-idman qurğularının tikilməsi də nəzərdə tutulub.

Geri

 

   
Mingəçevir şəhər bələdiyyəsi