Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Bələdiyyə haqqında məlumat
 Mingəçevir Bələdiyyəsi 12 dekabr 1999-cu ildə yaradılmışdır. İkinci çağırış bələdiyyə seçkiləri 17 dekabr 2004-cü ildə olmuşdur. Üçüncü çağırış bələdiyyə seçkiləri 23 dekabr 2009-cu ildə olmuşdur. Bələdiyyəyə 17 nəfər seçilmişdir.  Dördüncü çağırış bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ildə olmuşdur. Bələdiyyəyə 19 nəfər seçilmişdir. Bələdiyyə qanunvericiliyə əsasən öz iclasında formalaşdırdığı daimi və müvəqqəti komissiyalar vasitəsi ilə işlərini həyata keçirir.

Bələdiyyənin mülkiyyətində 2 park (Sahil, S.Vurğun adına), 8 fəvvarə vardır. Bələdiyyənin büdcəsinə uyğun olaraq park və fəvvarələrdə, məhəllələrdə tikinti-abadlıq işləri aparır.
Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi məhəllə komitələri vasitəsilə həyata keçirilir. Hazırda bələdiyyənin şəhərin müxtəlif ərazilərini əhatə edən 96 məhəllə komitəsi vardır.
Xəbərlər bloku
Mingəçevir Bələdiyyəsində 8 Mart Beynəlxalq "Qadınlar Günü" münasibəti ilə tədbir keçirildi.
Bələdiyyə sədri Ramiz Əliyev bələdiyyədə çalışan qadınları bayram münasibəti ilə təbrik etdi və onlara bayram hədiyyələri təqdim etdi. Bələdiyyə üzv və qulluqçuları qadınların ünvanına ürək sözlərini bildirdilər. daha ətraflı
Mingəçevir Bələdiyyəsində şəhər ağsaqqalları ilə görüş keçirildi

 Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyev bələdiyyədə şəhər ağsaqqallarının bir qrupu ilə görüş keçirdi. 

daha ətraflı
Bələdiyyədə Xocalı soyqırımının qurbanları yad edildi
XX əsrdə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. Ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində erməni faşizminin törətdiyi vəhşilikləri pisləyən, faciə qurbanlarını yad edən tədbirlər keçirilir. daha ətraflı

   
Mingəçevir şəhər bələdiyyəsi